Kapello: “Milan”da kimin nə iş gördüyü məlum deyil”

Məşhur italyan müəxəssis, “Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello “rossoneri”nin düşərgəsindəki vəziyyəti diqqətlə izləyir.

Arena.az “Pianeta Milan” dərgisinə istinadən məlumat verir ki, Kapello “rossoneri”nin düşərgəsində gözə çarpan dərəbəylikdən narahatdır:

“Deyirdilər ki, Zlatan İbrahimoviç rəhbərdir, amma məlum oldu ki, o, sadəcə müşavirdir və daha rəhbər deyil. İdarəetmə yoxdur, hər şey çox mürəkkəbdir. Məlum deyil ki, orada kim nə işlə məşğuldur, qərarları kim qəbul edir”, deyə Kapello təəssüflə vurğulayıb.

29 oyundan 47 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Rossoneri” növbəti mövsümə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, hazırkı çıxışı mənzərəsində “Milan”ın buna müvəffəq ola bilməyəcəyini əminliklə söyləmək olar.