Kapello: “Real”ın paltardəyişmə otağından spirtli içki iyi gəlirdi”

“Real” sabiq baş məşqçisi Fabio Kapello Madrid klubunda işlədiyi ikinci dönəmdə nizam-intizamla bağlı üzləşdiyi fəsadlardan danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən Kapellonun bu xüsusda xatirələrini təqdim edir:

“Bir gün Rud van Nistelroy yanıma gəldi və dedi ki, paltardəyişmə otağından spirt iyi gəlir. Bu, elə, belə idi.
Ronaldoya gəlincə, o, məclisləri çox sevirdi və komanda yoldaşlarını özü ilə dəvət edirdi.

2002-ci il dünya çempionatı zamanı Ronaldonun çəkisi 82 kq idi. Mən ona arıqlamağı tövsiyə etdim və o, 92,5 kq çəkidə oldu”, Kapello xatırlayıb.

İtalyan mütəxəssis 1996-1997 və 2006-2007-ci illərdə “Real”ı çalışdırıb. Kapellonun ikinci dövründə “qaymaqlılar”ın heyətində dünya futbolunun ulduzları – Ronaldo, Devid Bekhem, Rud van Nistelroy, Roberto Karlos və Raul çıxış ediblər.