“Milan”ın sahibi Cerri Kardinale İtaliya klubunun yaxın və uzunmüddətli hədəfləri ilə bağlı sualı cavablayıb.
Arena.az “Milan News” dərgisinə istinadən, Kardinalenin bu barədə cavabını təqdim edir:
“Çempionluğu qazanmaq əlbəttə, vacib məqsədimizdir. Ancaq bunu “ağıllı qalibiyyət” ilə tarazlaşdırmaq gərəkdir. “İnter” keçən il skudetto qazandı və sonra da müflis oldu (Kardinale klubun özünü yox, keçmiş sahibini nəzərdə tutur – redaktorun qeydi) – biz bunu həqiqətən istəyirikmi? Azarkeşlər üçün mənim vəzifəm hər il İtaliya çempionluğunu qazanmaqdır. Mən bunu başa düşürəm.
Dəyərin son artımına diqqət yetirən sərmayədarlar üçün mənim işim “Milan”ın hər il skudetto uğrunda mübarizə aparmasını, hər il Çempionlar Liqasına vəsiqə qazanmasını və hər il Çempionlar Liqasında mümkün qədər uzağa getməsini təmin etməkdir. Bunlar, nağd pul axını və brendin dəyərini mütləq həddə çatdıran məqamlardır. Məhz ardıcıllıq və məhsuldarlıqda daha az dəyişkənlik dəyəri və nəticədə uzunömürlülüyü mütləq həddə çatdıran xüsuslardır”, deyə Kardinale vurğulayıb.
16 oyundan 26 xalla “Milan” İtaliya A Seriyasının yarış cədəvlində 8-ci pillədə qərarlaşıb.