Karlo Ançelotti cari mövsümdəki uğurunun sirrini açdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 36-cı tur “Alaves”lə səfər oyunundan (5:0) sonra komandasının uğurunun sirrini açıqlayıb.

Arena.az italyan mütəxəssisin oyunsonrası mətbuat konfransında müvafiq xüsusda səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

“Düşünürəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür. Bu komandanın uğurunun böyük bir hissəsi hamını topsuz səylə işləməyə əmin etməkdir. Futbolçular bunu edirlər”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, “Real” hələ 34-cü turda İspaniya çempionluğunu erkən surətdə təmin etmişdi.

37 oyundan 93 xalla “Real” La Liqanın yarış cədvəlinin əlçatmaz zirvəsində qərarlaşıb. “Qaymaqlılar” möhtəşəm mövsüm keçiriblər: 29 qələbə, 6 heç-heçə, 1 məğlubiyyət. Topların fərqi isə 83:22 nisbətindədir.

Karlo Ançelotti 2021-ci ilin iyul ayından “Real”a rəhbərlik edir. Onun İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

64 yaşlı italyan mütəxəssis 2013-2015-ci illərdə “Real”ı çalışdırıb, daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdıb.

Ançelottinin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022), UEFA Super Kuboku (2014, 2022) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.