“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti hansı klubu dünyanın ən yaxşısı hesab etdiyini bildirib.
Arena.az “Sport Mediaset” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə açıqlamasını təqdim edir:
“Mənə, xüsusi bağlılıq duyduğum, “Milan” kimi böyük klubları çalışdırmaq nəsib olub, çünki mən həm də oyunçu olmuşam. Amma “Real” dünyanın ən yaxşı klubudur, buna şübhə yoxdur. Burada bu qədər oyuna duruş gətirmək – az qala möcüzədir!” – deyə Ançelotti vurğulayıb.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.