“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq” üzərində səfər qələbəsini (1:0) şərh edib.
Arena.az xəbər verir ki, ki, italyan mütəxəssis oyunun heç-heçə başa çata biləcəyini etiraf edərək, kiçikhesablı da olsa, qələbənin vacibliyini vurğulayıb.
Karlo Ançelotti həmçinin vurğulayıb ki, cütün qalibi ilə bağlı sual hələ də açıqdır:
“Oyun gözlənildiyi kimi çətin keçdi. Daha böyük hesabla qalib gələ bilərdik, amma heç-heçə də ola bilərdi. Evə xoşbəxt qayıdırıq. “Real” nəticə əldə etməyin çətin olduğu səfər oyununda cüzi üstünlük əldə edib. Azacıq üstünlüyümüz olsa da, qarşıdurmanın qalibi məsələsi açıqdır. İlk oyunun belə başa çatmasından məmnunuq”.
Xatırladaq ki, cütün qalibi martın 6-da Madriddə keçiriləcək cavab oyununda müəyyənləşəcək.


