“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 5-ci turunda “qaymaqlılar”ın “Real Sosyedad”la səfər oyununu şərh edib.
Arena.az xatırladır ki, “Real” bu səfərdən penaltidən vurduğu iki qol sayəsində 2:0 hesablı qələbə ilə qayıdıb.
“Oyun gərgin alındı, biz yəqin ki, qalib gəlməyə belə, layiq deyildik, çünki “Real Sosyedad” çox yaxşı oynayırdı. Çətin məqamlarda qurbanlar verməli olduq, mən isə bunu yüksək qiymətləndirirəm. Oyuna zəif başladıq, rəqib meydanın bizə aid hissədində çox yaxşı təpki edirdi, amma bizə həmişə sərbəst oyunçu tapmaq müyəssər olurdu. Biz yüz faiz hazır deyilik, amma fərdi olaraq oyunçular əhəmiyyətli dərəcədə artırırlar.
Mən çox məmnunam, ancaq nəticə ilə. Oyunla bağlı tənqidlər daha sonra gələcək. Düşünürəm ki, bu, nəyin səhv getdiyinin tənqidi qiymətləndirilməsi olacaq, amma vacib üç xalla,” – deyə Karlo Ançelotti matçdan sonrakı mətbuat konfransında bildirib.
La Liqanın 5 turundan 11 xal toplamış “Real” yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Real Sosyedad” isə 4 xalla 17-ci pillədədir. La Liqaya 4 oyundan 12 xal toplamış “Barselona” başçılıq edir.