Karlo Ançelotti VAR haqda: “Sistem çox pis istifadə edilir”

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti VAR sisteminin tətbiqinə münasibət bildirib, onun çox pis istifadə edildiyini söyləyib.

Arena.az xəbər verir ki, o, sistemin xidmətlərinə tez-tez müraciət edildiyini əsas gətirərək, bunu futbolun ruhuna və gerçəyinə uyğun olmayan xoşalməz hal kimi qiymətləndirib:

  • Texnologiyalar oyunda qaydaları gözləməyə kömək etməli idilər. Söhbət oyundankənar vəziyyətdən, qolları avtomatik surətdə müəyyənləşdirən sistemdən gedir ki, yeri gəlmişkən, hələ də İspaniyada yoxdur və bu, kabus qolun hesaba alınması ilə “Atletiko” – “Espanyol” oyununda ciddi olayın baş verməsinə səbəb oldu ki, Barselona təmsilçisi Sequndaya yuvarlandı. VAR hakimləri müstəsna səlahiyyətlərdən məhrum edib, oyunun ruhuna və gerçəyinə uyğun olmayan qərarlar qəbul edilir. Məsələn, əl ilə oyun. Bu, obyektivlik deyil, şəxsi qərarlardır. VAR pis və həddindən artıq istifadə edilir.
  • Bunu necə aradan qaldırmaq olar?
  • İlk növbədə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) tərkibini dəyişməklə – bura oyunu daha yaxşı bilən keçmiş futbolçuları və məşqçiləri cəlb etməklə.
  • Bu, texnologiyaların faydasız olduğu anlayışına gəlmir?
  • Mən yaşlı nəsildənəm, texnologiyalardan istifadə edirəm, amma onlara aludə deyiləm. Bir vaxtlar Byelsanın (Marselo Byelsa) dedikləri ilə razıyam: “bir vaxtlar istinad nöqtələri ailə və məktəb idi, bu gün sosial şəbəkələr və texnologiyalardır”.

Vurğulayaq ki, VAR sisteminin tətbiqi futbol dünyasında hələ də birmənalı qarşılanmır.