Karlo Ançelotti: “Xabi Alonso mənim çox xoşuma gəlir”

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Bayer”in baş məşqçisi Xabi Alonsonun “qaymaqlılar”ın sükanı arxasına mümkün təyinatını cavblayıb.

Arena.az italyan mütəxəssisin ispan mütəxəssislə bağlı müvafiq cavabını təqdim edir:

“Xabi Alonso mənim çox xoşuma gəlir. Mənim, onun üçün məsləhətlərim yoxdur, belə ki, Xabi gələcəkdə görkəmli məşqçi olmaq üçün bütün gərəkli imkana malikdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, 43 yaşlı Xabi Alonso cari mövümün sonunda “əczaçılar”dan ayrılacağını açıqlayıb.

65 yaşlı Karlo Ançelotti isə Braziliya millisi ilə müqavilə imzalayıb və tezliklə – mayın 26-da “selesao”nun sükanı arxasında işə başlayacaq.

Əlavə edək ki, mətbuatda, Alonsonun Ançelottinin yerinə “Real”a baş məşqçi gətiriləcəyi haqda məlumat var.

Xəbəri sosial şəbəkələrdə paylaş: