Karlos Martin “Atletiko” ilə yeni müqavilə bağladı

İspaniyanın “Atletiko” (Madrid) klubu gənc ispan hücumçusu Karlos Martin ilə mövcud müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər 5 illik yeni sözləşmə imzalayıblar. 22 yaşlı mərkəz hücumçunun yeni sözləşməsi 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, Karlos Martinin əvvəlki müqaviləsi 2026-cı ilin 30 iyununa qədər idi.

Karlos Martin “Atletiko” futbol akademiyasının yetirməsidir. O, ötən mövsümü icarə əsasında İspaniyanın digər klubu “Mirandes”də keçirib. Hücumçu bu komandanın heyətində 40 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib. O, “Atletiko”nun əsas komandasında keçirdiyi 6 oyunda fərqlənə bilməyib.

Martin İspaniyanın U-21 yığmasında 4 oyuna 1 qol vurub.