“Liverpul”un ingilis keçmiş müdafiəçisi Ceymi Karrager “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slota çağırış edib.
Arena.az xəbər verir ki, o, “Liverpul”un 26 yaşlı ingiltərəli sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun əsas heyətə cəlb edilməməsini məsləhət görür:
“Mən hesab edirəm ki, əgər Trent növbəti mövsümdə komandada qalacağı ilə bağlı məşqçi ilə razılığa gəlməyibsə, başlanğıc heyətdə meydana çıxmamalıdır”, deyə Karragerr vurğulayıb.
Xatırladaq ki, Aleksander-Arnoldun yayda “Real”a keçəcəyi haqda məlumat var.
Ceymi Karrager həm də belə bir qənaətdədir ki, “qırmızılar” hücumda artırmalıdırlar. İngilis təhlilçinin müvafiq qənaətini təqdim edirik:
“İngiltərə Premyer Liqasının cari mövsümündə vurulmuş 75 qol – parlaq göstəricidir. Amma mən əvvəlki kimi hesab edirəm ki, “Liverpul” daha da çox qol vura bilər. Buna görə, Məhəmməd Salahla cütlük təşkil etmək üçün, son zərbələri onun kimi soyuqqanlıqla yerinə yetirən kimsə gərəkdir”.