Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümündə aşkar autsayderə çevrilmiş “Karvan” iki məşqçisi ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, köməkçi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub hər iki məşqçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzu edib.
Xatırladaq ki, Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov komandanın keçmiş baş məşqçisi Azər Həşimovun köməkçiləri idilər. Onun istefasından sonra komandaya baş məşqçi təyin edilmiş Füzuli Məmmədov qış fasiləsinə qədər onlarla çalışsa da, indi özünə yeni köməkçilər götürməyi üstün tutub.
“Karvan” hazırda Azərbaycan Premyer Liqasının yarış cədvəlində 6 xalla sonuncu pillədə qərarlaşıb.


