Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi kamerunlu hücumçu Stefan Bahoken və Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi Turqay Gəmiçibaşını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent kimi transfer olunan Bahoken 2 illik müqaviləyə imza atıb. Gəmiçibaşı isə Avstriyanın “Austria Klaqenfurt” klubundan satınalma şərti ilə icarəyə götürülüb.
Stefan Bahoken peşəkar karyerasına yetirməsi olduğu Fransa “Nitsa”sında başlayıb. O, sonralar “Sent Mirren” və “Strasburq”da da forma geyinib. 2018-ci ildən etibarən “Anje”də çıxış edən kamerunlu hücumçu, burada 108 oyuna 27 qol vurub. Təcrübəli futbolçu geridə qalan mövsümdə Liqa 1-də 29 oyuna 3 qolla yadda qalıb. O, Kamerun yığmasında da 22 oyuna çıxıb və 4 qola imza atıb.
Turqay Gəmiçibaşı isə 2021-ci ildən “Austria Klaqenfurt”da çıxış edirdi. 27 yaşlı yarımmüdafiəçi daha öncə “Viktoriya” (Köln), “Sportfrunde Ziqen”, “Güterloş”, “Mauerverk”, “Blau-Vays Lins” kimi komandalarda da forma geyinib.
