Kasper Dolberq “Sevilya”nı “Hoffenhaym”a dəyişdi

Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberq icarə əsasında formasını geyindiyi İspaniya “Sevilya”sı ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 25 yaşlı forvard İspaniya təmsilçisindən qayıdan kimi Almaniyanın “Hoffenhaym” klubuna icarəyə verilib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Danimarkalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə Bundesliqa təmsilçisinə icarəyə göndərilib.

Kasper Dolberq 2019-cu ilin avqustundan “Nitsa”nın formasını geyinir. O, Fransa təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 85 oyunda 24 qola imza atıb.

Daha öncə “Silkeborq” və “Ayaks”da oynamış futbolçu, bu mövsüm “Sevilya”da cəmi 8 oyuna çıxıb və qol vurub. Hücumçu Danimarka yığmasında da 40 matça çıxıb və 11 qol vurub.