Kasper Yulmann: “Birinci məqsədimizə çatdıq”

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Serbiya yığması ilə oyunu (0:0) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, çətin, duyğusal mübarizə idi və biz oyunun belə olacağını əvvəlcədən bilirdik. Qol vurmaq əla olardı ki, hər ehtimala qarşı sığortamız olsun və nəfəsimizi dərə bilək. Məncə, hər şeyin yaxşı bitməsinə sevinməliyik. Birinci məqsədimizə nail olduq.
Oyunda məni sevindirən məqamlar çox oldu. Hücumda dəyişə biləcəyimiz bir neçə məqam var. Bilirəm ki, bunu edə bilərik. Əsas odur ki, keyfiyyətli oyunumuz var. Komandada hücumda istifadə edə biləcəyimiz kifayət qədər futbolçu var. Biz daha təhlükəli ola biləcəyimiz daha çox vəziyyət yarada bilərik”, deyə Kasper Yulmann açıqlayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “C” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. İngiltərə – 5 xal
  2. Danimarka – 3 xal
  3. Sloveniya – 3 xal
  4. Serbiya – 2 xal

İngiltərə və Danimarka yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar. İngilislər rəqiblərinin intizarında ikən, Danimarka yığması AÇ-2024-ün meydan sahibi Almaniya yığması ilə qarşılaşacaq. Sloveniya yığması isə böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Serbiya yığması isə Avropa çempionatı ilə vidalaşıb.