Katya Aveyru: “Kristiano Ronaldo mükəmməl deyil”

Kristiano Ronaldonun bacısı Katya Aveyru qardaşının heç kim olmağa məhkum olduğunu, lakin uğur qazana bildiyini dilə gətirib.

Arena.az bu barədə Katya Aveyrunun “Instagram” hesabına istinadən xəbər verir.

“Kristiano Ronaldo mükəmməl deyil. Eqosentrikdir. Təkəbbürlüdür. Fərdiyyətçidir.

Biz idealı, milçəyi incitməyənləri, ölü cildinə girənləri, arxasında pisliklər, azğınlıqlar gizlənən yatmışları vəsf edirik. Mən şadam ki, Kristiano onların tam əksidir.

O, öz nümunəsi ilə bizə sübut edib ki, ulduzlara və ya əbədi alova doğru uduşlu bilet yoxdur. Kristiano doğulub və heç kim olmağa məhkum edilmişdi. O, yaşamaq uğrunda sağ qala bilərdi, uzağı, yaşamağa cəhd edə, daşıdığı yükün ağırlığını gizlədəcək bir neçə qol vura bilərdi.

Ancaq onun istedadı, zəhməti və taleyi ilə bağlanmış müqavilə haqqındakı bütün kəhanətləri alt-üst etdi”.