İngiltərənin “Liverpul” klubunun sağ vingeri Kayde Qordon icarə müqaviləsi əsasında “Portsmut” komandasına keçib.
Arena.az bu barədə “Portsmut”un rəsmi saytına istinadən xəbər verir.
Sözügedən klub 20 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Kayde Qordon İngiltərənin digər klubu “Derbi Kaunti”nin yetirməsidir. “Liverpul” onu 2021-ci ilin fevralında 3,4 milyon avro müqabilində heyətinə qatıb. Gənc futbolçu “qırmızılar”ın əsas komandasında 7 oyuna çıxıb, 1 qol vurub. O, cari mövsümün ilk dövrəsini “Norviç Siti”də icarədə keçirib. Gənc vinger bu komandada 10 oyuna 1 qolla yadda qalıb.
Əslən Yamaykadan olan Qordon İngiltərənin U-15, U-16 və U-18 yığmalarında çıxış edib. Ötən ildən isə o, U-20-nin formasını geyinir.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.



