İtaliyanın “Milan” klubunun futbolçusu, İngiltərədən olan 34 yaşlı sağ cinah müdafiəçisi Kayl Uoker əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, futbolçunun sağ dirsəyində sınıq aşkarlanıb. Əməliyyatın tam uğurla keçdiyi və 34 yaşlı müdafiəçinin dərhal reabilitasiyaya başlayacağı bildirilib.
Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edirdi. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. İngilis futbolçunun Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayl Uokerin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
“Milan” üçün isə Uoker 12 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Uoker 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 95 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


