Kayl Uoker ən yaxşı oyun tərəfdaşının adını açıqladı

“Mançester Siti”nin sağ cinah müdafiəçisi Kayl Uoker indiyə qədər birlikdə oynadığı ən yaxşı komanda yoldaşının kim olduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bununla bağlı sualı belə cavablandırıb:

“2012/2013 mövsümü nümunəsində olan Qaret Beyldən yüksək keyfiyyətli oyunçu ilə heç vaxt oynamamışam. Mən Erlinq Haland kimi qolçu oyunçu ilə oynayıram, amma həmin mövsüm Beylin hər zərbəsi tora qovuşurdu”, deyə ingilis futbolçu xatırlayıb.

Xatırladaq ki, Kayl Uokerlə Qaret Beyl 2009-2013-cü illər aralığında “Tottenhem”də birgə çıxış ediblər.

Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Təcrübəli futbolçu bu kluba “Tottenhem”dən 52,7 milyon avro müqabilində keçib. Uoker indiyə qədər “şəhərlilər”in heyətində 291 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub.

Uoker “Mançester Siti” ilə 5 dəfə İngiltərə çempionu olub. O, İngiltərə Liqa Kubokunda 4, Federasiya Kubokunda və İngiltərə Super Kubokunda 2 dəfə zəfər sevinci yaşayıb. Artıq onun titul kolleksiyasında UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Super Kuboku da var.

İngilis futbolçu karyerası ərzində “Şeffild Yunayted”, “Northempton Taun”, “Tottenhem”, KPR və “Aston Villa” klublarının da formasını geyinib. Müdafiəçi İngiltərə milli komandasında da 81 oyun keçirib. Müdafiəçi millidə 1 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Kayl Uokerin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: