“Mançester Siti”nin müdafiəçisi Kayl Uokerin həyat yoldaşı Enni Kilner futbolçunun xəyanətindən sonra onunla münasibətin bərpasına hazırdır.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Nəşr qeyd edir ki, bu işdə “əmma” var. Kilner, Uokerin ona 15 milyon funt-sterlinq məbləğində bir növ “təzminat” ödənişi edəcəyi halda, ailə həyatına qayıdacaq.
Bildirilib ki, müdafiəçinin keçmiş sevgilisi, model Lorin Qudmen isə futbolçunun həyat yoldaşına ikinci birgə övladlarının dünyaya gəlməsi barədə məlumat verib.
Mənbənin məlumatına görə, Enni Kilner isə artıq hüquqi məsləhətlər alıb və orada futbolçunun sərvətinin yarısına sahib olmaq hüququna malik olduğunu da öyrənib. İlkin hesablamalara görə, söhbət 27 milyon funt-sterlinq məbləğdən gedir.
Cütlük mümkün maliyyə həllini vəkillərlə müzakirə edib. Vurğulanır ki, cütlüyün münasibəti hələ də qeyri-sabitdir.
Kayl Uoekerin onların arasında qaldığı və nə edə biləcəyi ilə bağlı tərəddüd etdiyi də vurğulanır.