İspaniyada 2020-ci ilin ən yaxşı latınamerikalı futbolçusu məlum olub.
Arena.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Kazemiro ən yaxşı elan edilib.
Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb. Xəbərdə braziliyalı futbolçunun İspaniyada ötən ilin ən yaxşı latınamerikalı oyunçusu seçildiyi diqqətə çatdırılıb.
“Real”da yanvarın ən yaxşı futbolçusu da məlum olub. Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç “kral klubu”nda yanvarın ən yaxşı oyunçusu seçilib. O, ardıcıl üçüncü aydır ki, bu mükafata sahib çıxır.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi yanvarda 6 oyuna çıxıb.