Kazemiro: “Karlo Ançelotti müstəsnadır”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunmasını şərh edib.

Arena.az xatırladır ki, 65 yaşlı italyan mütəxəssis mayın 26-da Braziliya millisinin sükanı arxasında işə başlayacaq.

“Selesao”nun və “Mançester Yunayted”in 33 yaşlı dayaq yarımmüdafiəçisi italyan mütəxəssisin müvafiq təyinatına belə şərh verib:

“Fikrimcə, milli komandamızın yeni məşqçisi məhz o olmalı idi. Braziliyaya, adı hörmət doğuran, belə adlı-sanlı peşəkar mütəxəssislər gərək idi. Ançelotti müstəsnadır, o, özünün futbolu dərkində inanılmazdır.

Gəlin, onun dövründən zövq alaq. Nəticələrdən, bunların qələbələr və ya məğlubiyyətlər olmasından asılı olmayaraq, o, cəlbediciliyə və oyunçuları ən yaxşı surətdə çıxış etməyə məcbur etmək, onlardan mütləq bacarıqlarını əldə etmək və onların ən yaxşı keyfiyyətlərindən istifadə etmək gücünə malikdir”, deyə Kazemiro razılıqla vurğulayıb.

Xatırladaq ki, Ançelotti Avropada klub mövsümünün başa çatması ilə Brazilyia millisini qəbul edəcək. İtalyan mütəxəssisin Braziliya millisi ilə ilk sınağı 2026-cı il dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Ekvador (6 iyun) və Paraqvay (11 iyun) yığmaları ilə oyunlara təsadüf edəcək.