“Liverpul”un irland ehtiyat qapıçısı Kuivin Kelleher gürcü həmkarı Georgi Mamardaşvilinin “Liverpul”a keçidindən narazılığını ifadə edib.
Arena.az “Evening Standart” dərgisinə istinadən məlumat verir ki, irland qapıçı çoxdandır “qırmızılar”ın əsas qapıçısı olmaq arzusundadır, amma onun fikrincə, bu keçid onun müvafiq arzusunun gerçəkləşməsi ehtimalını xeyli azaldır:
“Mən son bir neçə ildə çıxıb-gedib bir nömrə olmaq istədiyimi açıq şəkildə bildirmişdim (“Liverpul” yayda “Nottingem Forest”dən gəlmiş təklifi rədd edib – redaktorun qeydi). Klub qapıçı Mamardaşvili ilə müqavilə imzalamaq qərarına gəldi. Görünür, onlar fərqli istiqamətdə hərəkət etmək qərarına gəliblər. Mənim iddialarım aydındır. Mən kifayət qədər yaxşıyam və hər həftə oynamaq istəyirəm”, deyə Kelleher vurğulayıb.
Xatırladaq ki, “Liverpul” “Valensiya”dan 23 yaşlı gürcü qapıçı Georgi Mamardaşvili ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Mamardaşvili 2025/2026-cı illər mövsümü başlamazdan əvvəl “qırmızılar”a qoşulacaq. Cari mövsümü isə gürcü qapıçı “yarasalar”ın uğurları üçün çalışacaq.