“Keşlə” Franko Floresi yenidən heyətinə qatdı

“Keşlə” qış transfer dönəmində növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, paytaxt klubu argentinalı mərkəz müdafiəçisi Franko Floresi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər yarım illik müqaviləyə imza atıblar. Belə ki, Flores cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək.

Xatırladaq ki, Franko Floresin son klubu Hondurasın “Real Espana” komandası olub. 28 yaşlı futbolçu 2019/20 mövsümündə də “Keşlə”nin formasını geyinib. Həmin vaxt o, Premyer Liqa təmsilçisində 18 oyuna çıxıb, 1 qol vurub.

Flores “Doxa Drama”, “Alki Oroklini”, “Duqlas Haiq”, “Çyapas”, “Leyda Esportiu”, “Arxentinos Xuniors” və “Braun de Adroqe” kimi klublarda da forma geyinib.