“Neftçi” “Zirə”yə, “Kəpəz” “Keşlə”yə məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Öncə “Keşlə” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar. Son oyunda isə “Neftçi” “Zirə”ni qəbul edib. Qəsəbə təmsilçisi səfərdən minimal hesabla qalib dönüb.

Bu komandalar arasındakı cavab görüşləri fevralın 7-də gerçəkləşəcək. 1/4 finalın digər görüşlərinə gəlincə, “Qarabağ” “Qəbələ” ilə ilk oyundan 3:1, “Səbələ” isə “Sumqayıt”la görüşdən 1:0 hesabıyla qalib ayrılıb.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
2 fevral

“Keşlə” – “Kəpəz” 1:0
Qol: S.M.Kolli, 42-pen.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “ASK Arena”, 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə.
Baş məşqçi: Sənan Qurbanov.

Kəpəz: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 17. Ümid Səmədov.
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev.
Baş məşqçi: Yaşar Vahabzadə.

“Neftçi” – “Zirə” 0:1
Qol: İ.Muradov, 26.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”. 18:00.

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4.Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.