Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Keşlə” bu gün təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Arena.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Birinci Divizion təmsilçisi “Kəpəz”lə qarşılaşıb.
Gəncə təmsilçisi ilə oyun “ASK Arena”da baş tutub. Tərəflər bu matçdan qolsuz ayrılıblar.
Xatırladaq ki, “Keşlə” bundan öncə “Səbail”lə iki oyun keçirib. İlk yoxlama matçında 2:0 qalib gələn komanda ötən gün bu rəqiblə heç-heçə edib – 1:1.
Yoxlama oyunu
25 yanvar
Keşlə – Kəpəz 0:0


