“Keşlə”də 10 yeni müqavilə

“Keşlə” klubu 10 futbolçusu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyuşko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko və Rafael Məhərrəmli ilə yeni sözləşmə imzalanıb.

“Sabah”dan icarəyə götürülmüş Elçin Mustafayevin isə icarə müddəti artırılıb.

“Keşlə” daha öncə Şəhriyar Əliyev və Azər Salahlı ilə yeni müqavilə imzalandığını açıqlamışdı. “Neftçi”dən icarəyə götürülmüş Rəhman Hacıyev və Turan Vəlizadə ilə yeni müqavilə imzalanıb. Vüsal İsgəndərli ilə yollarını ayıran paytaxt klubu, “Qəbələ”dən Merab Giqauirini transfer edib.