Kevin de Bröyne: “Arvadımla xoşbəxtəm, Halandı isə hiss edirəm”

Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bröyne Çempionlar Liqasının finalında “İnter”ə qarşı oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, belçikalı futbolçu bu gün təşkil edilmiş mətbuat konfransında komanda yoldaşı – norveçli hücumçu Erlinq Halandla münasibəti ilə bağlı sualı da cavablandırıb.

De Bröyne “Halandla ilk baxışdan məhəbbət yaşadınızmı”, sualını özünəməxsus incəliklə cavablandırıb:

“Yox! Mən arvadımla xoşbəxtəm! Bilmirəm. Bu, mənim izah edə bilmədiyim bir şeydir. Sadəcə bəzən elə olur ki, futbolçunu hiss edir və onun nə istədiyini başa düşürsən.

Biz çox yaxşı anlaşdıq. Və o, inanılmaz sürətlə qollar vurmağa başladı. Erlinq komandaya uyğunlaşıb yerini tapdı.

Hətta son oyunlar zamanı müxtəlif vəziyyətlərdə bizə faydası dəydi. Ümidvaram ki, sabah o, adətən etdiyi şeyi edə bilər” (qeyd: Haland dörd oyundur ki meydanı qolsuz tərk edir).

Xatırladaq ki, sabah – iyunun 10-da “Mançester Siti” Çempionlar Liqasının finalı çərçivəsində İtaliya “İnter”i ilə qarşılaşacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.