Kevin De Bröyne millidəki komanda yoldaşlarını tənqid etdi

Futbol üzrə Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bröyne UEFA Millətlər Liqasında Fransa yığmasına məğlubiyyəti şərh edib.

Arena.az xatırladır ki, “qırmızı şeytanlar” yarışın A Liqasının 2-ci qrupunun 2-ci tur oyununda səfərdə “xoruzlar”a 0:2 hesabı ilə məğlub olublar.

“Biz bütün baxışlarda inkişaf etməliyik, hazırda daha yüksək səviyyəyə çatmaq üçün kifayət qədər yaxşı vəziyyətdə deyilik. Amma məhz bu səbəbdən bacarığımızı bütünlüklə ortaya qoymalıyıq, bunu etməsək, o zaman məsələ bitdi. Bəziləri öz öhdəliklərini yerinə yetirmirlər.

Mən razılaşa bilərəm ki, biz 2018-ci il səviyyəsində deyilik, amma digər xüsuslar qəbuledilməzdir, fəqət mən onları səsləndirməyəcəyəm”, – Kevin De Bröyne komanda yoldaşlarına üstüörtülü iradını dilə gətirib.

2 turdan sonra Fransa yığması A Liqasının 2-ci qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb və eyni miqadarda xal toplayıb 3-cü pillədə olan Belçika yığmasını qabaqlayır. Qrupa 6 xalla İtaliya yığması başçılıq edir. Xalsız İsrail yığması isə aşkar qapazaltı mövqeyində qrup sonuncusudur.