Kevin Kampl “Leypsiq”lə yeni müqavilə bağladı

Futbol üzrə Sloveniya millisinin və “Leypsiq”in mərkəz yarımmüdafiəçisi Kevin Kampl Almaniya klubu ilə yeni müqavilə imzalayıb.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

33 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Kevin Kampl 2017-ci ilin avqust ayında “Bayer”dən 20 milyon avro müqabilində “Leyptsiq”ə transfer olunub. O, sözügedən klubun heyətində indiyə kimi 220 oyuna çıxıb, 9 qol vurub, 22 məhsuldar ötürmə verib.

Kampl daha öncə “Bayer”dən başqa “Qroyter”, “Osnabrük”, “Aalen”, “Zalsburq”, “Borussiya” (Dortmund) kimi klubların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Sloveniya milli komandasında keçirdiyi 28 oyunda 2 qola imza atıb.