Kevin Trapın “seks çılğını” qadına görə başını itirdiyi iddia olunur

Frankfurt “Ayntraxt”ı “qartallar”ın 33 yaşlı alman veteran qapıçısı Kevin Trapın oyun formasını itirməsini qadın amili ilə əlaqələndirir.

Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.

“Frankfurt” klubunun rəhbərliyi, Kevinin supermodel İzabel Qularla münasibətə aludə olaraq lap başını itirdiyi qənaətindədir.

Mənbənin məlumatına görə, xanım Qular Trapı futboldan yayındırır, çünki o, “seks çılğını”dır. Qapıcının diqqətini itirdiyi və artıq məşqlərdə əlindən gələni etmədiyi vurğulanır.

Bundan əlavə, supermodel birlikdə çəkdirdikləri fotoların keyfiyyətini yaxşılaşdırmaq üçün ictimai tədbirlərdə avtomobildən necə düşmək lazım olduğunu Trapa məsləhət görür. O, ulduz həyatının incəliklərini alman qapıçıya öyrədir.

Xatırladaq ki, cütlük 2018-ci ildən münasibətdədir.