Kevin Trapp sevgilisi ilə çimərlikdən elə şəkillər paylaşdı ki…

Frankfurt “Ayntraxt”ının və Almaniya yığmasının qapıçısı Kevin Trapp Milad tətilindən şəkillərini paylaşıb.

Arena.az məlumat verir ki, alman qapıçı tətilini sevgiisi, braziliyalı model İzabel Qulartla birlikdə keçirir.

Cütlük asudə vaxtından Sent-Bart çimərliyində zövq alır. Şəkillərdə cütlük çimərlik geyimi və yeni il papaqlarında yoqa hərəkətlərinin cüt icrası zamanı əks edilib.

Xatırladaq ki, cütlük 2018-ci ildən münasibətdədir. Kevin Trapp və İzabel Qulart, qapıçı hələ PSJ-də çıxış edərkən tanış olublar.