Keyleb Uayli “Çelsi” ilə müqavilə bağladı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Atlanta Yunayted” klubunun müdafiəçisi Keyleb Uayli bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçu London təmsilçisi ilə 6+1 illik müqavilə bağlayıb. “Zadəganlar” bu transfer üçün MLS təmsilçisinə 10,1 milyon avro ödəyiblər.

Keyleb Uayli “Atlanta Yunayted”in öz yetirməsidir. Sol cinah müdafiəçisi bu klubun əsas komandasında 85 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə müəllifi olub. ABŞ millisinin də üzvü olan futbolçu əsas komandada 2 oyun keçirib. O, birləşmiş ştatların Paris 2024 Yay Olimpiya Oyunlarındakı heyətində də yer alıb.