Keyn: “Final İngiltərə yığması üçün möhtəşəm nailiyyət olacaq”

İngiltərə yığmasının hücumçusu Harri Keyn AÇ-2024-ün yarımfinalında Niderland yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bizim yerinə yetirmək istədiyimiz və düşündüyümüz qədəri ilə öhdəsindən gələ biləcəyimiz bir vəzifəmiz var. Addım-addım buna nail olmağa yaxınlaşırıq. Ardıcıl ikinci dəfə finala çıxsaq, bu, böyük nailiyyət olacaq. Bizim isə belə bir imkanımız var”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin Niderland – İngiltərə oyunu bu gün, iyulun 10-da Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: