Keysuke Honda və Canni De Byazi Ağdamda – VİDEO + FOTOLAR

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Neftçi”nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.

Arena.az xəbər verir ki, onlar Cümə məscidində və “İmarət” stadionunda olublar.

Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib.

Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: “Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində “Qarabağ” klubu ev oyunlarını indiki olduğum yerdə – Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq”.

Canni De Byazi də öz təəssüratlarını bölüşüb. İtalyan mütəxəssis sosial şəbəkə hesabında bunları qeyd edib:

“Qarabağ”ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda “İmarət” stadionundayam. Məlum səbəblərə görə burada ancaq xarabalıqlar görə bildim. Ancaq ümid edirəm ki, “Qarabağ” burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək”.

65 yaşlı mütəxəssis Azərbaycanın Milli Qəhrəmanı, “Qarabağ” klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.