Kilan Lebon – “Neftçi”nin yeni yarımmüdafiəçisi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” Fransadan olan hücumameyilli yarımmüdafiəçi Kilan Lebon ilə güclənib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Fransız futbolçu yeni klubu ilə 1.5+1 il müddətinə müqavilə bağlayıb. 25 yaşlı yarımmüdafiəçi Azərbaycan komandasının heyətində 22 nömrəli formanı geyinəcək.

Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Ayaçço” (2019-2020), “Kretey” (2020) kimi klublarında forma geyinib. O, Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında da çıxış edib. 25 yaşlı vinger sonuncu klubu “Astana”ya 2022-ci ilin avqustunda transfer olunub. O, bu komandada 13 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə edib, Qazaxıstan çempionu olub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl müdafiəçi – Azərbaycan milli komandasının da üzvü Höccət Haqverdini transfer etmişdi.