Kilian Mbappe Liqa 1-də yeni rekorda imza atdı

Futbol üzrə Fransa çempionatının 30-cu turu çərçivəsində keçirilən Lion “Olimik”i ilə səfər oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, fransız futbolçu 4:2 hesablı qələbəyə imza atdıqları oyunda dublla yadda qalıb.

Bununla da o, Liqa 1-də vurduğu qolların sayını 101-ə çatdırıb. Mbappe ölkə çempionatında 100 qol həddinə çatan ən gənc futbolçuya çevrilib. Fransa yığmasının üzvü buna 22 yaşında nail olub. Əvvəlki rekord “Sent-Etyen”in sabiq futbolçu Herve Revelliyə məxsus idi.

Qeyd edək ki, Kilian Mbappe çempionatda vurduğu 101 qoldan 85-nə PSJ-nin, 16-sına isə əvvəlki klubu “Monako”nun heyətində imza atıb. O, bu mövsüm Liqa 1-də 24 oyuna 18 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: