Fransa Liqa 1-in 26-cı turunun “Monpelye”yə qarşı səfər oyunu PSJ-nin mərkəz hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Fransa nəhənginin rəqibini səfərdə 6:2 hesabı ilə darmadağın etdiyi oyunda fransız futbolçu het-trik fərqlənib.
Beləliklə Mbappe Fransa Liqa 1-in ən sərrast futbolçularının səkkizliyinə daxil olub. İndi fransalı hücumçunun hesabında 241 oyunda vurduğu 188 qol var.
Fransa Liqa 1-in tarixən ən sərrast futbolçularının onluğunu təqdim edirik:
- Delio Onnis (Argentina) – 449 oyun, 299 qol;
- Bernar Lyakomb (Fransa) – 255 oyun, 497 qol;
- Erve Revelli (Fransa) – 216 oyun, 389 qol;
- Roje Kurtua (Fransa) – 288 oyun, 210 qol;
- Tade Sizovski (Fransa) – 286 oyun, 206 qol;
- Roje Pyantoni (Fransa) – 394 oyun, 203 qol;
- Yojef Uylaki (Fransa) – 438 oyun, 190 qol;
- Kilain Mbappe (Fransa) – 241 oyun, 188 qol;
- Flöri Di Nallo (Fransa) – 425 oyun, 187 qol;
- Karlos Byanki (Argentina) – 220 oyun, 179 qol;
- Qunnar Andersson (İsveç) – 234 oyun, 179 qol.
Həmçinin Mbappe “Monpelye” ilə oyunda PSJ-nin heyətində bütün yarışlar çərçivəsində keçirdiyi oyunlarda 250-ci qolunu vurub ki, bu da klubun mütləq rekordudur. Beləliklə, Mbappe PSJ-nin tarixən ən sərrast futbolçusudur.
Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 297 oyun, 250 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib, 46 qol vurub və 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.