Kilian Mbappenin hərəkəti Luis Kamposu “oda atdı”

Fransa çempioni PSJ-nin prezidenti Nasser Əl-Xelaifi klubun idman direktoru Luis Kamposu istefaya göndərə bilər.

Arena.az “Get French Football News”a istinadən bildirir ki, bunun səbəbi komandanın hücumçusu Kilian Mbappenin klubla müqaviləsini yeniləmək fikrində olmadığını bildirən məktubundan sonra, məsələdə Luis Kamposun səlahiyyətlərinin icrasında göstərdiyi boşluqlar ola bilər.

Yaranmış vəziyyətdə Luis Kamposun “kürsüsü laxlayır”. Klub prezidenti Əl-Xelaifinin çox qəzəbli olduğu və tezliklə Kamposu vəzifəsindən uzaqlaşdıra biləcəyi deyilir.

Xatırladaq ki, daha əvvəl Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda kluba ünvanladığı məlumat ictimaiyyətə sızmış, PSJ rəhbərliyinin bundan qəzəblənərək hücumçunu transferə çıxardığı haqda məlumat yayılmışdı. Maraqlıdır ki, daha bir məlumatda parislilərin Mbappenin heç bir halda “Real”a keçməsini istəmədiyi də deyilirdi. Hazırda PSJ və “Real”ın Mbappenin transferi haqda danışıqlar apardığı deyilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: