İngiltərənin “Nyukasl” klubunun müdafiəçisi Kiran Trippyer komandanın 2022/2023 mövsümündə ən yaxşı futbolçusu seçilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandanın məğlubedilməz lideri cari mövsümdə arzusunda olduğu “Premyer Liqanın mövsüm oyunçusu” mükafatına layiq görülüb.
Trippyerin sağ cinah müdafiəçisi mövqeyində müstəsna oyunu “sağsağanlar”ın mövsümdə uğurlu çıxışına birbaşa təsir göstərib. Trippyer həm müdafiədə, həm də hücumda eyni dərəcədə keyfiyyətli oyun nümayiş etdirməklə komandasının son iyirmi ildə əldə edə bilmədiyi üst sıralarda yer almasını təmin edib.
Müdafiəçi cari mövsümdə “Nyukasl”ın heyətində 43 oyunda meydana çıxıb və 3 qola imza atıb.
Xatırladaq ki, Kiran Trippyer 2022-ci ilin yanvarında İspaniyanın “Atletiko” (Madrid) klubundan 14 milyon avro qarşılığında “Nyukasl”a gəlib. 32 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 52 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Trippyer daha öncə “Börnli” (185 oyun, 6 qol, 37 asist), “Tottenhem” (114 oyun, 2 qol, 23 asist), “Atletiko” (86 oyun, 11 asist) və “Barnsli”də (44 oyun, 2 qol, 6 asist) də oynayıb. O, İngiltərə milli komandasında da 41 oyun keçirib, 1 qol vurub.
Yeri gəlmişkən, “Nyukasl”ın son 10 ildə mövsümün ən yaxşısı seçilmiş futbolçuları bunlardır:
2012/2013. Davide Santon
2013/2014. Mayk Uillyamson
2014/2015. Daril Janmaat
2015/2016. Rob Elliot
2016/2017. Çiran Klark
2017/2018. Camal Laskelles
2018/2019. Salomon Rondón
2019/2020. Martin Dubravka
2020/2021. Kallum Uilson
2021/2022. Joelinton



