Klaudio Ranyeri “Atalanta”ya məğlubiyyətə aydınlıq gətirdi

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 14-cü turunda “Olimpiko”da “Atalanta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda baş tutan bu oyunda 0:2 məğlubiyyətə üzülüb.

73 yaşlı italyan mütəxəssis komandasının uğursuz çıxışına belə şərj verib:

“Nə qədər ki, güc-qüvvəmiz vardı, biz zərbəni zərbə ilə cavablayırdıq. Bu, bəhanə deyil, məni səhv başa düşməyin, amma cümə axşamı Londonda oynamışdıq, səhər isə saat beşdə qayıtmışdıq. Biz yaxşıca bərpa olduq, amma onlar gərəkli müvafiq əvəzetmələri edə bildilər, mənim ixtiyarımda isə “qutudan-qutuya” yarımmüdafiəçi yox idi.

Əslində, mən uşaqları təbrik etdim, çünki ikinci hissənin əvvəlində önə keçmək üçün böyük fürsətimiz vardı. Paulo Dibala onların müdafiəsini yardıqdan sonra təəssüf ki, Artyom Dovbik hədəfə düşə bilmədi. Qapıya çox yaxın olmuş Canluka Mançininin daha bir fürsəti də vardı.

Bu, təzyiq etməyə davam etsəniz, müvafiq hadisələri öz xeyrinizə çevirə biləcəyiniz məqamlardır. Bunlar klassik oyunlardır ki, Avropada necə oynadığını görəndə çox qürur duyduğumuz “Atalanta” kimi bir komanda, “skudetto” uğrunda mübarizə aparmaq üçün gərəkli hər bir xüsusa malikdir. Mən Can Pyero Qasperiniyə əlavə təzyiq göstərmək istəmirəm, amma bu komanda hazırdır və orada, yarış cədvəlinin üst sıralarında ən güclü komandalardan biridir”, deyə Klaudio Ranyeri vurğulayıb.

14 turdan sonra 13 xal toplamış “Roma” İtaliya A Seriyasının yarış cədvəlində 15-ci pillədə qərarlaşıb. “Atalanta” isə 31 xalla 2-ci pillədən, 32 xal toplamış lider “Napoli”ni haqlamaq üzrədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: