Klaudio Ranyeri “Komo”ya məğlubiyyətə aydınlıq gətirdi

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 16-cı turunda “Komo” ilə ev oyununda məğlubiyəti (0:2) şərh edib.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən düşünürəm ki, bu, “Komo”nun xidmətidir. Onların oyunda qalib gəlmək arzusu daha çox idi. Beş müdafiəçi ilə oynayaraq, heyəti dəyişdilər. Zehniyyətdə dəyişiklik oldu, mən isə futbolçularıma xəbərdarlıq etdim. Düzünü desəm, “Komo” hər zaman ikinci toplarda birinci olurdu ki, bu da bizi təəccübləndirdi. Təəssüf edirəm, çünki öz oyunumuzu oynadıq. Birinci hissədəki olduğumuz səviyyədə olmasaq da, ikinci hissədə qol vura bilərdik. Oyun əla idi və mən deyə bilmərəm ki, uşaqlar tam güc-qüvvələrini vermədilər, amma “Komo”nun daha çox istəyi vardı.

İşə fədakarlıq vardı, amma mübarizənin davam etdiyini başa düşmək gərək idi. Biz onları, onlar bizi döydükləri kimi, həmişə ədalətlə məğlub etməli idik. Onlar öz istəkləri sayəsində qalib gəldilər. Biz əlimizdən gələni etdik, amma bu, kifayət etmədi”, deyə Klaudio Ranyeri etiraf edib.

16 oyundan 16 xalla “Roma” İtaiya A Seriyasının yarış cədvəlində 12-ci pillədə qərarlaşıb. “Komo” isə 15 xalla 15-ci pillədədir. A Seriyasına 37 xalla “Atalanta” başçılıq edir.