Klaudio Ranyeri: “VAR penaltimizi “oğurladı”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 36-cı turunun “Atalanta” ilə səfər oyununda 1:2 hesablı məğlubiyyəti şərh edib.

Arena.az “Roma”nın rəsmi saytına istinadən, 73 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bugünkü oyundan sonra mən, dördüncü yeri tutmaq imkanımızın gerçəkliyindən əmin deyiləm, amma biz sona qədər mübarizə aparacağıq, həmişə olduğu kimi. Biz “Atalanta”nın fəallıqda usta olduğunu bilirdik, məhz bunun sayəsində onlar Avropa Liqasını qazanmışdılar.

Ancaq mən sizin texniki mütəxəssislərinizdən bilmək istəyirəm: bu, penalti idimi? 60-ın 40-a nisbəti ilə? Bizə deyiblər ki, VAR açıq-aşkar səhv halında müdaxilə edir. Biz gördük ki, Mario Paşaliç sürüşmə fəndində yanıldı, ayaq qoydu və mənim oyunçuma toxundu. VAR buna müdaxilə etməməli idi. Hakim penalti təyin etmişdi, elə, bu qərar da qüvvədə qalmalı idi. Qaydalar oyundan oyuna dəyişir, biz bunu qəbul edirik, amma bu liqada müvafiq qeyri-ardıcıllığı görmək acı təsir bağışlayır.

Siz Paşaliçin Manu Kone ilə təmasa keçməsini dəqiq görürsünüz. Əgər hakim penalti veribsə – VAR çəkilib bir kənarda qalmalı idi. Bizə məhz belə deyiblər. Bundan sonra isə hər iki komandanın fürsətləri vardı – “Atalanta” öz fürsətindən yararlandı, biz isə – yox. Ona görə də “Atalanta”nı təbrik edirəm və həmçinin öz oyunçularımı da təbrik edirəm”, deyə Klaudio Ranyeri vurğulayıb.

Qələbə sayəsində “Atalanta” 36 oyundan topladığı xal ehtiyatını 71-ə çatdırıb və yarış cədvəlinin 3-cü pilləsində qərarlaşaraq, bürünc medalı təmin edib. Berqamo təmsilçisi növbəti mövsümdə ardıcıl 5-ci dəfə Çempionlar Liqasında oynayacaq.

Bəxtsizliyə uğramış “Roma”nın isə 20 oyundan ibarət məğlubiyyətsizlik silsiləsi qırlılıb. “Canavarlar” 63 xalla yarış cədəvlinin 6-cı pilləsinə düşsələr də, sonuncu turların iki oyununda Çempionlar Liqasına vəsiqə uğrunda döyüşmək imkanını saxlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: