“Qəbələ”nin legionerləri – Klesio Bauk və Ahmed Ayzaya Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununu buraxacaqlar.
Arena.az xəbər verir ki, əyalət təmsilçisi fevralın 9-da Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Araz-Naxçıvan”la qarşılaşacaq.
Bu komandaların cavab qarşılaşması Qəbələ şəhər stadionunda baş tutacaq. Həlledici oyuna saat 16:00-da start veriləcək.
“Qəbələ” bu oyuna iki ciddi itki ilə çıxacaq. Belə ki, komandanın köhnə-yeni oyunçularından olan Klesio Bauk hələ də bərpa prosesi keçir. Ahmed Ayzaya isə artıq fərdi məşqlərə başlayıb. Amma o da Naxçıvan təmsilçisinə qarşı oyunu buraxmaq məcburiyyətindədir.
Xatırladaq ki, “Qəbələ” ilə “Araz-Naxçıvan” arasında bir həftə öncə Bakıda keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1.


