Almaniya yığmasının sabiq baş məşqçisi Yurgen Klinsman Avropa çempionatının (AÇ-2024) final oyunu barədə fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, alman mütəxəssis İngiltərə yığmasının final oyununda İspaniya millisinə məğlub olmasının (1:2) səbəbini belə izah edib:
“Luis de la Fuentenin komandası Avopa çempionatının finalına qədər bütün oyunlarda qalib gəlmişdi, ona görə də ingilislər rəqiblərini öz qabiliyyətlərinə inamdan məhrum etməli idilər. Ancaq qol buraxmamağa qərarlı olduğunda, heç vaxt növbəti sürətə keçirməyəcəksən. Hər kəs bilir ki, İngiltərə yığması dünyanın ən yaxşı komandalarından biridir. Onlar dünya çempionatının yarımfinalına yüksələ bilərlər, amma bu, heç bir zəmanət vermir. Avropa çempionatının finalı isə qaçırılmış başqa bir fürsətdir. AÇ-2024-ün finalından sonra ingilis azarkeşlərə çox yazığım gəldi”, deyə Klinsmann bildirib.


