Klopp ən yaxşı alman futbolçudan söhbət açdı

57 yaşlı məşhur alman mütəxəssis Yurgen Klopp alman futbolunun əfsanəsi, mərhum Frans Bekkenbauer haqda söhbət açıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, Klopun müvafiq fikrini təqdim edir:

“Hər şeydən əvvəl, Bekkenbauer – nə vaxtsa rast gəlinməsi mümkün olan ən yaxşı adam idi, o, maraqlı idi, zəkalı idi – malik olmaq mümkün olan bütün keyfiyyətlərə malik idi. O, mənə, hələ o vaxt bimədiklərimi və həyatada mənə gərək olacaqları öyrətmişdi: sən məşhur ola bilərsən, sənin haqqında kütləvi informasiya vasitələrində çox şeylər yaza bilərlər, amma sən hər şeyə rəğmən, özün olaraq qalmalısan.

Frans fantastik adam idi, Almaniyanın bütün tarixi ərzində ən yaxşı futbolçu idi, amma o, həm də ən yaxşı adam idi ki, buna müvəffəq olmaq çox çətindir, amma o, bunu etmişdi”, deyə Klopp duyğusalcasına vurğulayıb.

Xatırladaq ki, Bekkenbauerin uzun sürən xəstəlikdən sonra 2024-cü ilin yanvar ayının 7-də dünyasını dəyişib.

Frans Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və “Nyu-York Kosmos” klublarında çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün yarışlarda 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.

Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir. Bekkenbauer Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.

Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Frans Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb və 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.