Klopp “Mançester Yunayted”ə məğlubiyyətə aydınlıq gətirdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Kubokunun 1/4 finalında “Mançester Yunayted”ə məğlubiyyətini şərh edib.

Arena.az məlumat verir ki, “Old Trafford”də keçirilmş dramatik oyunda “qırmızı şeytanlar” “Liverpul”u əlavə vaxtın təzminat dəqiqələrində (120+1) vurduqları qolla mübarizədən kənarlaşdırıblar.

Alman mütəxəssis komandasının 3:4 hesablı məğubiyyətinə belə şərh verib:

“Çox intensiv, gərgin oyun oldu. Onlar yaxşı başladılar, amma biz isə yox. Biz vaxtı istifadə edib uyğunlaşırdıq. Oyunu bitirməli idik, amma alınmadı. Üstünlük böyükdürsə, amma fərq yalnız bir qoldursa, rəqib bundan həmişə istifadə edə bilər.
Uşaqlar hər şeyi verdilər. Əlbəttə ki, qərarlar ən yaxşısı deyildi. Nəticəni qəbul etməliyik. Rəqib növbəti mərhələyə layiq idi. Biz hər şeyi ikinci hissədə hər şeyi bitirməliydik, sonra isə onalr geridönüşlə qayıtdılar.

Bizim oğlanlar xasiyyət və inanılmaz səy göstərdilər”, – deyə Klopp matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.