Klopp: “MY-yə qarşı oynamaq bizim üçün həmişə çətin olub”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Yunayted”lə keçiriləcək İngiltərə Kubokunun 1/4 final oyunu haqda danışıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Onların mövsümü haqqında çox şey bilmirəm, amma onlardan yaxşı oyunlar gördüm. Zədələrlə bağlı fəsadları vardı, amma yaxşı çıxış etdilər. Onlara qarşı oynamaq bizim üçün həmişə çətin olub. Bu oyun hər iki komandanın azarkeşləri üçün çox şey deməkdir. Meydanda özümüzü göstərməyə və sürətli oyun nümayiş etdirməyə çalışacağıq, amma heç nəyə zəmanət verə bilmərik”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” “Liverpul”u martın 17-də “Old Trafford”da qəbul edəcək.

Hakimin başlanğıc fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.