Klopp “Sparta” üzərində darmadağına aydınlıq gətirdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 finalının ilk oyununda “Sparta” üzərində səfər qələbəsini (5:1) şərh edib.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Sparta” risk etdi, biz onları buna görə cəzalandırdıq. Başqa məqamlarda gözəl qollar vurduq, oyunda yaxşı imkanlarımız oldu. Bu oyun asan gəzinti olmadı, çox çalışmalı olduq, amma asan oyun gözləmirdik və belə də olmadı. Amma bu, yaxşı nəticə idi və indi biz evə uçuruq, bərpa oluruq və yeddi gündən sonra yenidən görüşürük”, deyə Klopp əminliklə bildirib.

Bu komandalar arasında cavab oyunu martın 14-də Liverpulun “Enfild” stadionuna keçiriləcək.