Bu gün Qətərdə futbol üzrə klublararası dünya çempionatına start verilib.
Arena.az xəbər verir ki, turnirin açılış matçında Meksikanın “Tiqres” və Cənubi Koreyanın “Ulsan” komandaları üz-üzə gəlib.
“Əl-Rayan” stadionunda oynanılan qarşılaşma Şimali Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Tiqres” yarımfinalda Libertadores kubokunun qalibi olan Braziliyanın “Palmeyras” klubu ilə qarşılaşacaq.